Rusiya - Azərbaycan oyunu Rostovda

15:34 26 Yanvar 2016

"Avro-2017"nin seçmə mərhələsində Rusiya və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları arasında keçiriləcək oyunun məkanı müəyyənləşib.

Sportarena.az xəbər verir ki, martın 24-də keçiriləcək görüş Rostovda "Olimp-2" stadionunda baş tutacaq.

Matçın başlama saatı hələlik məlum deyil. Millimizlə görüşdən 5 gün sonra Rusiya həmin arenada Almaniyanın U-21 yığmasını qəbul edəcək.

Qeyd edək ki, millimiz 7 oyundan sonra 6 xalla turnir cədvəlinin 4-cü, Rusiya yığması isə 4 matçdan sonra 3 xalla 5-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti