"Sumqayıt" yeni futbolçularla güclənir

16:43 26 Yanvar 2016

"Sumqayıt"ın əsas komandası kimi, əvəzediciləri də mövsümlərası fasilənin təlim-məşq toplanışını başa vurub.
 
Sportarena.az xəbər verir ki, "kimyaçılar" iki günlük istirahətin ardından isə növbəti turda baş tutacaq "Neftçi" ilə oyunun hazırlığa start verib. 

Rövşən Babayevin rəhbərlik etdiyi komanda qarlı havada çalışmalarını davam etdirib. Yaxın günlərdə əvəzedici komanda heyətini bir qədər də gücləndirəcək. Heyətə cəlb olunacaq yeni futbolçular barəsində klubun rəsmi saytında məlumat veriləcək.

Qeyd edək ki,"Sumqayıt"ın əvəzediciləri "Neftçi" ilə yanvarın 29-da səfərdə qarşılaşacaq.


Xəbər xətti