AFFA 2 kluba texniki məğlubiyyət verdi

17:00 26 Yanvar 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportarena.az xəbər verir ki, toplantıda uşaq liqaları ilə bağlı cəzalar da açıqlanıb.

(21 yanvar 2016-cı il) U-16 Liqasında “Qarabağ” – “Xəzər Lənkəran” matçında qonaq komandanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

(19 yanvar 2016-cı il) Boulevard Hotel U-15 Liqasının “Sumqayıt” – “Turan” matçında qonaq komandanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Maraq üçün onu da qeyd edək ki, "Xəzər Lənkəran"ın U-16 komandası bir neçə gün öncə yarışda çıxışını dayandırıb.


Digər xəbərlər

Xəbər xətti