Yaşar Vahabzadənin qələbə şərhi

17:52 26 Yanvar 2016

"Komanda olaraq yaxşı futbol oynadıq. Uşaqlar verdiyimiz tapşırıqları dəqiq yerinə yetirdilər. Birinci hissədə qol epizodlarımız oldu. Təəssüf ki, yararlana bilmədik". 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə “Antalya Cup” turnirində bu gün Albaniyanın U-21 yığmasını 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib. 

Y.Vahabzadə bildirib ki, hesab daha da böyük ola bilərdi: "Fasilədən sonra qol imkanlarından istifadə etdik. Hesab daha böyük ola bilərdi. Sevindirici məqamlardan biri də qolların ikisinin dayaq yarımmüdafiəçisi, birinin isə müdafiəçi tərəfindən vurulmasıdır. Bu, onların hücamameyilli oyun nümayiş etdirməsindən irəli gəlir”.


Digər xəbərlər

Xəbər xətti