"Qəbələ"dən ardıcıl 21-ci qələbə

11:57 27 Yanvar 2016

Aşağı yaş qrupları üzrə keçirilən liqalarda növbəti oyunlar keçirilib.
 
Sportarena.az xəbər verir ki, “Qəbələ” akademiyasının təmsilçiləri yarışlarda çıxışlarını uğurla davam etdirir. 2016-cı ildə mübarizəyə başlayan hər iki komanda qələbə seriyaları ilə xal hesabını artırıb. İlin ilk oyununda səfərdə “Neftçi”ni 5 cavabsız qolla məğlub edən U-16 II dövrəyə Gəncədə start verib. 3:0 hesabı ilə qalib gələn komanda çempionatda 15-ci dəfə qələbə qazanıb. 45 xalla itkisiz irəliləyən “qırmızı-qaralar” yarışın vahid lideridir.
 
U-15 isə ardıcıl qələbə sayını 21-ə çatdırıb. 2016-cı ilə “Kəpəz” üzərinə 7:0 hesablı qələbə ilə başlayan komanda “Təhsil” TFM ilə bugünkü baş tutmayan matça görə texniki qələbə əldə edib – 3:0. Bununla da 21 oyundan sonra 63 xalı olan “Qəbələ” liderliyini daha da möhkəmlədib.


Digər xəbərlər

Xəbər xətti