"Çelsi"yə də transfer qadağası?

15:45 27 Yanvar 2016

Madrid klubları olan "Real" və "Atletiko"dan sonra daha bir komandaya transfer qadağası qoyula bilər.
 
Sportarena.az xəbər verir ki, FİFA Bertrand Traorenin transferində qanun pozuntusuna yol verməsini əsas gətirərək "Çelsi"yə transfer qadağası qoya bilər.
 
Qeyd edək ki, İngiltərə Futbol Federasiyası və Peşəkar Futbol Liqası da "Çelsi"nin bu transferdə səhv yol vermədiyini bildirib.


Xəbər xətti