Vobay liderlə razılığa gəldi

10:00 28 Yanvar 2016

“Neftçi”nin sabiq futbolçusu Julius Vobayın yeni komandası bəlli olub. Sportarena.az xəbər verir ki, Syerra Leone millisinin üzvü karyereasını Sloveniyada davam etdirəcək.

 

31 yaşlı yarımmüdafiəçi hazırda Sloveniya çempionatında lider olan “Olimpiya” klubu ilə razılığa gəlib.

 

Vobayın ötən gün komandanın məşqini izlədiyi və baş məşqçi Milan Mandariçlə görüşdüyü bildirilir. Onunla yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.

 

Qeyd edək ki, Vobay uzun müddətdir ki, klubsuzdur. O, ölkəmizdə "Neftçi"dən əlavə, "Xəzər Lənkəran"ın da formasını geyinib.


Xəbər xətti