Ulduz futbolçu boşandı

15:17 29 Yanvar 2016

"Fənərbaxça"nın oyunçusu Caner Erkin və həyat yoldaşı Asena Erkin rəsmən boşanıblar.

Sportarena.az xəbər verir ki, İstanbul Ailə Məhkəməsində hakim qarşısına çıxan cütlük boşanma şərtlərini qəbul etdiklərini deyiblər.

Hakim də Erkin cütlüyünün ilk ərizədə boşanmasına qərar verib.

Qeyd edək ki, 2010-cu ildə ailə quran ikilinin bir oğulları var. Cütlük ayrılsa da, hər zaman dost münasibətində qalacaqlarını deyiblər.


Xəbər xətti