"Xəzər Lənkəran" - "Rəvan" matçının vaxtı dəyişdirildi

18:23 29 Yanvar 2016

"Xəzər Lənkəran" klubu Peşəkar Futbol Liqasına müraciət edərək, mərkəzi arenanın yardımçı meydançasının vəziyyətinin futbol oynamaq üçün yararsız olduğunu bildirib.

Sportarena.az xəbər verir ki, bunu nəzərə alan Peşəkar Futbol Liqası "Xəzər Lənkəran" və "Rəvan" komandalarının əvəzedici heyətlərinin görüşünün əsas heyətlərin oyunundan 1 gün sonra "Xəzər Lənkəran" mərkəzi stadionunun əsas meydançasında keçirilməsinə qərar verib.

Beləliklə, əvəzedici heyətlərin oyunu 1 fevralda reallaşacaq. Oyun saat 14:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti