"Xəzər Lənkəran" 5 futbolçu sifariş etdi

21:29 29 Yanvar 2016

"Xəzər Lənkəran" klubu Topaz Premyer Liqasında 2015/2016 mövsümünün ikinci yarısı üçün 5 yeni futbolçu sifariş edib.
Sportarena.az xəbər verir ki, bunlar Asif Mirili, Orxan Səfiyaroğlu, Nodar Məmmədov, Ruslan Cəfərov və Vaqif Güləliyevdir.

Artıq həmin futbolçuların Lənkəran təmsilçisində hansı nömrə altında çıxış edəcəkləri də müəyyənləşib. Asif Mirili 6, Orxan Səfiyaroğlu 7, Nodar Məmmədov 15, Ruslan Cəfərov 4 və Vaqif Güləliyev 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Xəzər Ləkəran" qış transfer pəncərəsi dönəmində 7 futbolçu ilə yolları ayırıb.


Digər xəbərlər

Xəbər xətti