"Çalışacağam ki, bu keçiddən həm “Kəpəz” qazansın, həm də mən"

00:03 30 Yanvar 2016

Qış fasiləsi müddətində “Kəpəz”ə keçən Namiq Ələsgərov U-21 yığması ilə Türkiyə turnirdən qayıtdan sonra yenidən kluba qoşulub.

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi bu gün “sarı-göylər”in heyətində Gəncədə ilk dəfə məşqə çıxıb. Mətbuat və azarkeş üçün açıq keçən məşqdən sonra Ələsgərov kapazpfc.az saytına keçidi ilə bağlı fikirlərini bölüşüb:

“Xeyli müddət zədəli oldum və oynaya bilmədim. Bərpa olunduqdan sonra “Kəpəz”dən təklif gəldi. Gəncə klubunda oynamağa razılaşdım. Komandanın böyük tarixi, titulları var. İndi də çempionatda yaxşı çıxış edir. Çalışacağam ki, bu keçiddən həm “Kəpəz” qazansın, həm də mən”. 

 


Digər xəbərlər

Xəbər xətti