"Neftçi" qələbə ilə başladı, "Qəbələ" darmadağın oldu - YENİLƏNİB

18:23 30 Yanvar 2016

Bu gün Azərbaycan Premyer Liqasında XIX turun oyunlarına start verilir. Sportarena.az xəbər verir ki, qış fasiləsindən sonra çempionatın ilk görüşü Gəncədə baş tutacaq. Burada yerli "Kəpəz" çempionatın iddialı klublarından biri olan "Qəbələ"ni qəbul edəcək. Matç saat 14:00-da start götürəcək.

Günün ikinci və son görüşündə isə "Neftçi" doğma meydanda "Sumqayıt"ı sınağa çəkəcək. "Bakcell Arena"da keçiriləcək matç saat 16:30-da başlayacaq.

 

30 Yanvar

Premyer Liqa

14:00  "Kəpəz" - "Qəbələ" 3:0

Qollar: Julien Ebah, 26, 75, Namiq Ələsgərov, 56

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Rövşən Əhmədov


16:30  "Neftçi" - "Sumqayıt" 1:0

Qol: Ruslan Qurbanov, 55

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Şahin Cəfərov


Digər xəbərlər

Xəbər xətti