Ermin Zets: "Azarkeşlərimizə demək istəyirəm ki..."

12:54 30 Yanvar 2016

“Mövsümün ikinci yarısına çox yaxşı hazırlaşmısıq. Antalyadakı təlim-məşq toplanışından səmərəli yararlandıq. İnanıram ki, bunun bəhrəsini çempionatda görəcəyik”.

Sportarena.az xəbər verir ki, bu fikirləri “Qəbələ İK”ya açıqlamasında bosniyalı hücumçu Ermin Zets deyib.
Cari mövsümdən “qırmızı-qara” formanı geyinən 28 yaşlı legioner təlim-məşq toplanışında fərqlənməyi də bacarıb. O, Almaniyanın “Osnabryuk” klubu ilə görüşdə (1:1) hesabı açıb:

“Hesab edirəm ki, hər 3 yoxlama matçında çox yaxşı oynadıq. Sınaq matçları önəmlidir. Bu zaman nəticədən çox komandanın necə oyun göstərməsi vacibdir. Matçlarda yaxşı təsir bağışlamağımız gələcəyə nikbin baxmağa əsas verir”.
"Daha yaxşı formada olacağıq"
Zets mövsümün həlledici mərhələsində onları çətin sınaq gözlədiyini bildirib:

“Hər bir matç bizim üçün ağır keçəcək. İnanıram ki, mövsümün ikinci yarısında daha yaxşı formada olacağıq. Buna görə də, çempionatın sonunda xal ehtiyatımızın indikindən xeyli çox olacağını gözləyirəm”.
Ermin üçüncü dövrəyə məhz Gəncədəki oyunla uğurlu start verəcəklərinə inanır. O, “Kəpəz”ə ilk dövrədə ev oyununda olduğu kimi, səfər matçında da qol vurmağa çalışacaq: “Kəpəz”lə səfər matçı heç də asan olmayacaq. Ancaq məqsəd qələbə qazanmaqdır və bunun üçün bütün gücümüzü səfərbər edəcəyik. Azarkeşlərimizə demək istəyirəm ki, bütün oyunlarda qələbə qazanmaq üçün meydanda var qüvvəmizi qoyacağıq. Onlardan əvvəlkitək dəstək gözləyirik”.


Digər xəbərlər

Xəbər xətti