"Neftçi" azarkeşlərindən maraqlı pankart: "Mən nə qədər qoca olsam da, dəyərəm min cavana"

18:15 30 Yanvar 2016

Premyer Liqanın XIX turu çərçivəsində keçirilən "Neftçi" - "Sumqayıt" matçında paytaxt klubunun azarkeşləri maraqlı pankart açıblar.

Sportarena.az-ın stadionda olan əməkdaşının verdiyi xəbərə görə, yerli fanatlar üzərində "Mən nə qədər qoca olsam da, dəyərəm min cavana" şüarı yazılmış banner açıblar.

Bununla "Neftçi"nin tarixi klub olmasına diqqət çəkən azarkeşlər, eyni zamanda, rəqibə söz "atıblar".


Digər xəbərlər

Xəbər xətti