"Roma" Sabatinini istefaya göndərir

11:58 31 Yanvar 2016

"Roma"nın idman direktoru Valter Sabatini klubu tərk etməyə yaxındır.
Sportarena.az xəbər verir ki, "Roma" transfer pəncərəsi bitən kimi onu istefaya göndərəcək.
Klubun rəhbərliyi 5 ildir bu işdə çalışan Sabatininin idman direktoru vəzifəsindəki işindən narazıdır. Sabatininin özü də direktorluğun onu dəstəkləməsindən razı deyil.


Xəbər xətti