Güləşçimiz beynəlxalq turnirdə bürünc medal qazanıb

21:54 31 Yanvar 2016

İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş 34-cü beynəlxalq güləş turniri keçirilir.

Ahmet Cömert Spor Salonunda təşkil olunan turnirdə 13 ölkədən 300-ə yaxın pəhləvan mübarizə aparır.

İlk yarış günündə 59, 71, 80 və 98 kiloqram çəkidə güləşçilər yarışıb. Millimiz günü 1 bürünc medalla tamamlayıb.

Turnirdə 59 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Kərim Cəfərov üçüncü yer uğrunda Qırğızıstan təmsilçisi Arsen Yeraliyevi məğlub edərək bürünc medal qazanıb.

Digər idmançılarımız Emin Əhmədov (80 kq) və Orxan Nuriyev (98 kq) isə bürünc medal uğrunda mübarizədə məğlub olublar. 


Xəbər xətti