"Bavariya" türk futbolçunu transfer etməyə hazırlaşır

18:55 1 Fevral 2016

"Transfer pəncərəsi"nin bağlanmasına saatlar qalmış "Bavariya" klubu heyətinə yeni futbolçu əlavə etməyə hazırlaşır.
Sportarena.az xəbər verir ki, Qvardiola son oyunlarda müdafiə xəttində yaşanan zədələr və problemləri aradan qaldırmaq üçün yeni futbolçu trasfer etməyə hazırlaşır.
Almaniya nəhəngi Rusiyanın "Spartak Moskova" klubunun türk futbolçusu Sərdar Taşçını icarə əsasında heyətinə qatmağa hazırlaşır.
Qeyd edək ki, futbolçu üçün "Bavariya" Rusiya klubuna 2,5 milyon avro ödəyəcək.


Xəbər xətti