Messi azyaşlı fanatı ilə görüşəcək

22:26 1 Fevral 2016

"Barselona"nın ulduz futbolçusu Lionel Messi Əfqanıstanda yaşayan azyaşlı fanatı Murtuza Əhmədlə görüşəcək.
 
Bir müddət öncə sosial şəbəkələrdə sözügedən uşağın Messinin selofan paketdən hazırlanmış forması ilə fotoları yayılıb. 

"Əfqanıstan Futbol Federasiyası Messi və "Barselona"dan Murtuza Əhmədlə görüşlə bağlı mesaj alıb" - deyə federasiyasının mətbuat katibi Sayed Əli Kazımi deyib. 
 
Messinin atası Xorxe Messi də oğlunun həmin fotodan xəbərdar olduğunu və 5 yaşlı uşaq üçün nəsə etmək istədiyini bildirib.

Daha öncə fotodakı uşağın İraqda yaşadığı və adının isə Homid olduğu bildirilirdi. Ancaq sonradan onun Murtuza Əhməd olduğu müəyyənləşib.


Xəbər xətti