Azərbaycanlı hakim Avropa kubokunda

23:21 1 Fevral 2016

Xəbər verdiyimiz kimi, Bolqarıstanın Sofiya şəhərində cüdo üzrə Avropa kuboku yarışı keçirilir.

Bolqarıstandakı Avropa kuboku Azərbaycan cüdosu üçün daha bir əlamətdar hadisə ilə yadda qalacaq. Belə ki, beynəlxaq dərəcəli hakimimiz Elmar Babanlı da yarışın hakimləri arasındadır. Babanlı artıq bir neçə görüşü yüksək səviyyədə idarə edib.

Qeyd edək ki, Elmar Babanlı həm də Azərbaycan Cüdo Federasiyasının baş katibidir.

 


Digər xəbərlər

Xəbər xətti