Güləşçilərimiz İstanbuldan iki medalla qayıdır

00:41 2 Fevral 2016

İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş 34-cü beynəlxalq güləş turniri keçirilib. Ahmet Cömert Spor Salonunda keçirilən turnirdə 13 ölkədən 300-ə yaxın pəhləvan mübarizə aparıb.

Sportarena.az xəbər verir ki, güləşçilərimiz turniri 2 bürünc medalla tamamlayıb.
 
Yarışda Kərim Cəfərov (59 kq) və İslambek Dadov (66 kq) bürünc medal qazanıblar. Milli komandamızın üzvləri Emin Əhmədov (80 kq) və Orxan Nuriyev (98 kq) bürünc medal uğrunda görüşdə uduzub və turniri 5-ci sırada tamamlayıblar. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib. 

 


Xəbər xətti