Sərbəst güləşçilərimiz İranda qüvvələrini sınayacaq

12:30 2 Fevral 2016

3-6 fevral 2016-cı il tarixdə İran İslam Respublikasının Mazandaran şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə gənclərdən ibarət yığma komandanın üzvləri iştirak edəcək. 

Sportarena.az xəbər verir ki, məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandanın 9 üzvü qonşu respublikaya yollanıb. Heyətdə Əliabbas Rzazadə, Röyal Ağamalıyev (hər ikisi 50 kq), Rakif Eminov (55 kq), Tofiq Sadıqlı (60 kq), Pənah İlyaslı (66 kq), Sənan Əlizadə (74 kq), Murad Xalıqov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Rüstəm Haçberov (120 kq) yer alıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edəcək. 


Xəbər xətti