Van Qal azarkeşlərdən qorunmaq üçün bu yola əl atdı

13:11 2 Fevral 2016

"Mançester Yunayted"in baş məşqçisi Lui Van Qal komandanın azarkeşlərindən qorunmaq üçün cangüdənlər tutub.
Sportarena.az xəbər verir ki, baş məşqçi klubun uğursuz çıxışlarına görə azarkeşlərin qəzəbinə tuş gəlib. 64 yaşlı mütəxəssis azarkeşlərdən qorunmaq üçün evinin qarşısında fasiləsiz keşik çəkən mühafizəçiləri işə götürməklə, özünün və ailəsinin təhlükəsizliyini təmin etmək qərarına gəlib.
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə çempionatının 23 turundan sonra turnir cədvəlində beşinci yeri tutur.


Xəbər xətti