Oyunda ara qarışdı, matç təxirə salındı - VİDEO

00:32 3 Fevral 2016

Argentinanın "Estudiantes" və "Gimnasiya" klubları arasında keçirilən matçda kütləvi dava baş verib.

Sportarena.az xəbər verir ki, ev komandasının oyunçularından biri "Ximnasiya"nın futbolçusuna qarşı sərt kobudluq edib. Baş hakim futboçuya qırmızı vərəqə göstərsə də bu qonaq komandanın oyunçularını sakitləşdirməyib.

Hər iki komandanın əsas və əvəzedici heyət oyunçuları, eləcə də məşqçilər əlbəyaxa döyüşə çıxıblar. Davanın bəzi iştirakçıları rəqiblərinə təpik zərbələri də endiriblər. Hüquq-mühafizə orqanları əməkdaşlarının araya girməsindən sonra toqquşmanın qarşısını almaq mümkün olub. 


Digər xəbərlər

Xəbər xətti