Sərbəst güləşçilərimiz Yaşar Doğunun xatirə turnirində yarışacaq

13:26 3 Fevral 2016

5-7 fevral 2016-cı il tarixdə Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turnir keçiriləcək. Turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın üzvləri iştirak edəcək. 

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yığma komandanın 14 üzvü turnirdə mübarizə aparacaq. Heyətdə Mahir Əmiraslanov, Georgi Edişeraşvili, Pərviz İbrahimov (hamısı 57 kq), Cahid Həsənzadə (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Hacımurad Ömərov, Qitinomaqomed Hacıyev (hər ikisi 70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev, Pərviz Axundov, Həmzət Osmanov (hamısı 86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb. 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev ölkəmizi təmsil edəcək. 

Turnirin proqramına əsasən, fevralın 5-də 57 və 70 kq, fevralın 6-da 61, 74 və 125 kq, son yarış günündə isə 65, 86 və 97 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti