(R) "Azərbaycan" qəzeti: "AAAF Park" – Azərbaycan tikinti sektorunun brendidir"

01:01 4 Fevral 2016

“Azərbaycan” qəzeti AAAF Park Yaşayış Kompleksi haqqında geniş məqalə hazırlayıb. Onu sizə olduğu kimi təqdim edirik:

«AAAF Park» – Azərbaycan tikinti sektorunun brendi

Son illərdə Azərbaycanda tikinti sektoru əhəmiyyətli dərəcədə inkişaf edib. Paytaxtdan başlamış ölkənin ucqarlarına qədər tikinti işləri geniş vüsət alıb, yeni məktəblər, uşaq bağçaları, idman və yaşayış kompleksləri, inzibati binalar inşa olunub. Əgər bunun bir səbəbi dövlətimizin artan maliyyə imkanıdırsa, digər səbəbi azad biznes mühitinin olmasıdır. «AAAF İNŞAAT» MMC-nin Azərbaycanın müxtəlif yerlərində gördüyü işlər, inşa etdiyi yaşayış və idman kompleksləri bunun bariz nümunəsidir. «AAAF İNŞAAT» MMC-nin yaradılması və fəaliyyətə başlaması məhz Prezident İlham Əliyevin ölkədə sahibkarlıq fəaliyyəti üçün yaratdığı əlverişli mühitin, diqqət və qayğının nəticəsidir. MMC-nin təsisçisi, 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında ölkəmizi ağırlıqqaldırma üzrə təmsil etmiş peşəkar idmançı Tofiq Heydərovla söhbətimiz də Prezident İlham Əliyevin yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda sahibkarlığın daha da inkişafı ilə bağlı fikirləri ilə başladı. Onun sözlərinə görə cənab Prezidentin “Yeni dövr, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Ona görə indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir” deməsi «AAAF İNŞAAT» MMC-nin gələcək fəaliyyətinə yeni stimul verib. «AAAF İNŞAAT» MMC-nin həyata keçirdiyi ən uğurlu layihələrdən biri Xırdalan şəhərində saldığı «AAAF Park Yaşayış Kompleksi»dir: «Şirkətimizin ən müasir standartları əsas götürməklə apardığı tikinti işləri son illərdə Xırdalan şəhərinin həm inkişafına, həm də simasının modernləşməsinə əvəzsiz töhfələr verib. Şəhərin ən abad guşəsi olan «AAAF Park» Yaşayış Kompleksi isə regionda nümunəvi şəhərsalma layihəsidir. «AAAF Park» çoxfunksiyalıdır. Çünki layihə müasir yaşayış binalarının, ailəvi istirahət və uşaq əyləncə mərkəzlərinin, o cümlədən idman komplekslərinin birgə harmoniyasından ibarətdir. Üstəlik, ərazisində uşaq bağçasının, liseyin, tibb mərkəzinin və digər sosial infrastruktur obyektlərinin fəaliyyət göstərməsi «AAAF Park»ı ən modern bir yaşayış kompleksi kimi təqdim etməyə imkan verir». Ən əsası «AAAF Park» ölkəmizin daşınmaz əmlak bazarının liderlərindən biridir. Şirkətin həyata keçirdiyi müxtəlif sosial satış kampaniyaları hər zaman ilk və yenilikləri ilə daşınmaz əmlak bazarında satış strategiyasının dəyişməsinə təsir edə bilir. Bu barədə danışan Tofiq Heydərov bildirir ki, «AAAF Park»ı həm də sərmayə və yatırım layihəsi də adlandırmaq olar. Çünki buradan mənzil və ya sahibkarlıq fəaliyyəti məqsədi ilə obyekt alan şəxs heç vaxt uduzmur. Təcrübə göstərir ki, daşınmaz obyektə yatırılan vəsait heç vaxt itirilmir. Reallıq da ondan ibarətdir ki, bu gün bazarın diqtə etdiyi şərtlərlə alınan mənzili ya təmir edərək, ya da bir neçə ildən sonra daha sərfəli qiymətə satmaq olar. Digər tərəfdən «AAAF Park» vətəndaşlara olduqca güzəştli şərtlərlə sahibkarlıq fəaliyyəti üçün obyektlər də təklif edir. Xatırladaq ki, ölkədə manatın devalvasiyasına və bankların əhaliyə kreditləri yalnız dollarla verməsinə baxmayaraq «AAAF Park»da manatla və hər kəs üçün əlçatan ipoteka şərtləri ilə mənzil sahibi olmaq mümkündür. Ümumiyyətlə, indiyədək «AAAF Park»da təklif olunan satış şərtləri daim sərfəli olması ilə fərqlənib. Çünki şirkət rəhbərliyi daha çox bankların tətbiq etdiyi və nəticə etibarilə vətəndaşların maliyyə itkisinə səbəb olan müxtəlif vasitələrdən heç vaxt istifadə etməyib. Bu isə «AAAF Park»ı həm də bir sosial layihə kimi təqdim etməyə imkan verir. Yeni ailə quranların, maddi gəliri nisbətən aşağı olanların burada mənzil sahibi olması üçün geniş imkanlar var. Bundan əlavə «AAAF Park» layihəsi üzrə sadələşmiş vergi sistemini nəzərə aldıqda 30 ay müddətinə 40 milyon manata qədər vergi ödəyəcək olan şirkət keçən il 5 milyon manata yaxın vergi ödəyərək regiondakı ən böyük tikinti şirkəti olduğunu isbat etmişdir. «2016-cı il hər bir ailəyə sevinc gətirsin» şüarını özünə deviz seçən şirkətin bu ilin yanvar ayından yenilənən satış şərtləri də olduqca münasibdir. Belə ki, artıq yanvar ayının 11-indən etibarən «AAAF Park» Yaşayış Kompleksindən 25 ilədək – ildə cəmi 4 faiz daxili lizinq şərtləri ilə mənzil sahibi ola bilərsiniz. Satış şərtlərinə təməli qazilmış, yarım tikili və tam hazır binalardan olan mənzillər daxil edilib. Yeni şərtlər üzrə alıcılar, təməl qazılma mərhələsində 10 faiz yarım tikili 20 faiz və hazır mənzillərdə isə 40 faiz ilkin ödəniş etməklə mənzil sahibi ola biləcəklər. Kampaniyaya əsasən, məsələn, 28.7 kvadratmetrlik 1 otaqlı mənzil əldə etmək istəyən şəxs evin tam dəyərinin – 18 655 manatın (1 kvadratmetr 650 manatdan hesablanmışdır) 10 faizini, yəni 1 865 manatını ilkin ödəniş etməlidir. Qalıq borc məbləği olan 16 790 manatı illik 4 faiz daxili annuitet hesablama şərtləri olmaqla 25 ilədək bölmək mümkündür. Bu zaman ayda cəmi 89 manat ödəməklə bir otaqlı mənzil sahibi olmaq mümkündür. Azərbaycanda hələ bu cür şərtlərlə daşınmaz əmlak təklifi yoxdur və xüsusən gənc ailələr, bütövlükdə yeni mənzil almaq istəyən hər kəs bundan yararlana bilər. «AAAF Park» abşeronluların asudə istirahətini də unutmayıb. Ərazidə salınmış parkda sakinlərin rahat istirahəti üçün hər cür şərait yaradılıb. Burada fəaliyyət göstərən kafe və restoranlar gün ərzində sakinlərin xidmətindədir. Kompleksin əsas devizi “Sağlamlığa xidmət” olduğundan istirahət parkında siqaret çəkmək yasaqdır. Kafe və restoranlarda isə müştərilərə alkoqollu içkilər satılmır. Burada uşaqların əylənmək imkanları da kifayət qədər genişdir. Açıq havadakı “Limuland” Uşaq-Əyləncə Mərkəzi isə daim yeni əyləncələrlə uşaqların xidmətindədir. Yol ətrafındakı müxtəlif canlıların maketləri öz dinamikliyi və təbii səs çıxarmaları ilə parka gələn qonaqların, əsasən də uşaqların maraq və sevincinə səbəb olur. Hündürlüyü 35 metr olan «Günəş çarxı»nın istifadəyə verilməsi burada uşaqların əylənmək imkanlarını bir qədər də artırıb. “AAAF İNŞAAT” MMC-nin həyata keçirdiyi uğurlu layihələrdən biri olan «AAAF Park Yaşayış Kompleksi» artıq Xırdalan şəhəri ilə yanaşı, Astarada da çalışmalar davam etməkdədir. Astara şəhərinin Gənclər küçəsində, yeni inşa olunan dəniz kənarı bulvara bitişik olan bu kompleksdə bütün növ xidmətlər mövcuddur. 20 hektar ərazidə inşa olunan “AAAF Park Astara”da süni şəlalələr, “Limuland” açıq və qapalı uşaq əyləncə mərkəzi, açıq fitnes meydançası, kafe-çay evi, “Zirvə” Uşaq İdman Akademiyası, uşaq əyləncə attraksionları, “Astara Towers”, 5 ulduzlu “Tuado” oteli, hovuz və SPA mərkəzi, çimərlik kompleksi, ağır atletika, boks və taekvondo mərkəzləri, villalar, 4 və 5 mərtəbəli binalar nəzərdə tutulur. Həqiqətən, «AAAF Park» dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, modern, təkrarolunmaz bir layihədir. Sağlam həyat tərzi ilə adi həyatın ideal sintezinin yaradıldığı bu məkan, kiçik bir şəhərdə olan bütün yaşayış imkanlarını özündə ehtiva edir. Ona görə «AAAF Park»ın həm Azərbaycan tikinti sektorunda, həm də ümumən müasir şəhərsalmada bir brendə çevrildiyini deyə bilərik. Təsadüfi deyil ki, «AAAF Park» “Consulting&Business” jurnalı tərəfindən hər il təqdim olunan “Company of the Year” milli mükafatının “Müasir şəhərsalmada ən uğurlu tikinti layihəsi” nominasiyası üzrə 2015-ci ilin yekunlarına görə qalibi oldu. Onu da qeyd edək ki, «AAAF İNŞAAT» MMC hələ 2006-cı ildə bu layihəyə başlayarkən əsas məqsədlərdən biri ölkəmizdə idmanın inkişafına xidmət etmək olub. Ona görə də «AAAF Park» indinin özündə həm də Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandasını peşəkar idmançılarla təmin edən «Zirvə» İdman Klubunun əsas təlim-məşq bazasıdır. Ən müasir standartlar səviyyəsində inşa olunmuş ağırlıqqaldırma zalında xeyli sayda idmançı məşğul olur. Zalın yaxınlığında inşa edilmiş birmərtəbəli binalarda idmançıların yaşayışı üçün hər bir şərait yaradılıb. 2015-ci il də “Zirve International Sport Clubs” üçün əlamətdar olub. Klubun yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında Avropa və dünya çempionatlarında yarışan atletləri il ərzində 46 medal əldə ediblər ki, onlardan – 23-ü qızıl, 12-si gümüş və 11-i isə bürünc medaldır. Bununla atletlər tərəfindən 2 Avropa və 1 dünya rekordu müəyyən edilib. “Zirvə”nin Azərbaycanın bölgələrində böyük kompleksləri fəaliyyət göstərir. Lənkəran, Sumqayıt, Şamaxı, Neftçala, Samux, Abşeron, Goranboy, Qazax, Astara, Masallı, İsmayıllı və bir çox başqa bölgələrdəki zallarda idmançılara ən yüksək şərait yaradılıb. Klubun mərkəzi bazası ərazisi 30 ha olmaqla 50 min kv.m. qapalı sahəyə malik, «AAAF Park» Yaşayış Kompleksindədir. Burada fəaliyyət göstərən “Zirvə Liseyi”ndə 20-dən çox gənc ağır atlet həm təhsil alır, həm də peşəkar idman bacarıqlarını yüksəltməklə məşğuldurlar. Ağır atletika, cüdo, bədii gimnastika, futbol və başqa növlər üzrə bölmələri olan “Zirvə” İK beynəlxalq səviyyəyə çıxmaq üçün ilk addımlarını atmağa başlamışdır. Klubun planetar layihəsi olan – “Zirve International Sport Clubs”-ın Polşa, Bolqarıstan, Rusiya, İran, ABŞ, İsrail, Belarus, Gürcüstan, Türkiyə, Moldova və Ukraynada filialları yaradılıb və bu istiqamətdə işlər davam etdirilir. Artıq klubun filialları arasında iki Dünya Kuboku və iki dünya çempionatı keçirilmişdir. «AAAF İNŞAAT» MMC-nin fəaliyyəti Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı elan etdiyi prioritetlərə cavab verir. Belə ki, həyata keçirilən layihələr regional inkişafa, sosial qayğıların yoluna qoyulmasına, idmanın yüksəlişinə, idman infrastrukturunun yenilənməsinə öz töhfəsini verir. Ümumilikdə indiyədək 1000-dən artıq vətəndaşımızı işlə təmin edən şirkət, son aylarda yaranan maliyyə çətinliklərinə baxmayaraq, heç bir işçini azad etməyib. Əksinə, bu sayın artırılmasını qarşısına məqsəd qoyub.


Digər xəbərlər

Xəbər xətti