"Yuventus" rekord qırdı

10:17 4 Fevral 2016

Dünən İtaliya A Seriyasında XXIII turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, doğma meydanda "Genoa"nı qəbul edən "Yuventus" klubu ard-arda 13-cü qələbəsini qazanaraq klubun yeni rekordunu müəyyənləşdirib (1:0).
Qeyd edək ki, bu qələbə ilə "Yuventus" xal sayını 51-ə yüksəldərək ikinci pillədə qərarlaşıb. İlk pillədə isə 53 xalla "Napoli" liderdir.


Xəbər xətti