İlin transfer rekordu Çin klubundan gəldi

18:10 5 Fevral 2016

Aleks Teyşeyranın Çin klubuna keçidi dəqiqləşib. Donetsk "Şaxtyor"u bununla bağlı bəyanat yayıb.

Sportarena.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Çin çempionatında mübarizə aparan "Syansu Saynti" klubunda oynayacaq. Çin təmsilçisi transferə görə Ukrayna klubuna 50 milyon avro ödəyib. Beləliklə, ilin transfer rekordu yenidən təzələnib. Bir neçə gün əvvəl Çinin digər klubu "Quancjou Everqrand" "Atletiko"dan Çekson Martinesi 42 milyon avroya transfer etmişdi.


Digər xəbərlər

Xəbər xətti