Qadın güləşçilərimiz reytinqdəki mövqelərini qorudu

18:58 5 Fevral 2016

Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. 

Sportarena.az xəbər verir ki, qadın güləşçilərin reytinq sıralamasında 7 güləşçimizin adı var. Güləşçilərimiz yanvar ayında turnirlərdə iştirak etmədiyinə görə mövqelərində irəliləyiş olmayıb. Son Dünya çempionatının gümüş medalçısı Mariya Stadnik reytinq siyahısında ikinciliyini qoruyub. Mövqeyini qoruyan güləşçilərimiz həm də Anjela Doroqan (53 kq, 6-cı yer), Nataliya Sinişin (55 kq, 7-ci yer) və İrina Netreba (60 kq, 4-cü yer) olub. Dünya çempionatının bürünc medalçısı Yuliya Ratkeviç 2 pillə geriləyərək 6-cı yerdə qərarlaşıb. 

48 kq


2. Mariya Stadnik - Dünya çempionatı 2-ci yer (2)

53 kq 


6. Anjela Doroqan - Dünya çempionatı 5-ci yer (6)

55 kq 


7. Nataliya Sinişin - Qızıl Qran Pri 2-ci yer (7)
13. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (12)

58 kq


6. Yuliya Ratkeviç - Dünya Çempionatı 3-cü yer (4)

60 kq 


4. İrina Netreba - Polşa turniri 3-cü yer (4)

63 kq


18. Nadya Muşka - Polşa turniri 2-ci yer (14)

Qeyd: 

İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.


Digər xəbərlər

Xəbər xətti