“Baku Fires” özbəkləri məğlub edib

15:27 6 Fevral 2016

Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu yeni mövsümdə 2-ci görüşünü keçirib. Bakı təmsilçisi Boks Mərkəzində liqanın debütantı “Uzbek Tigers”lə üz-üzə gəlib. “CBC Sport”la canlı yayımlanan döyüşlərin nəticəsinə  gəlincə isə “Baku Fires” - “Uzbek Tigers” üzərində - 3:2 hesabı ilə qələbə qazanıb.
Belə ki, 52 kq-da İbiyev Məhəmməd Antotjon Kadırovu döyüşünüdə idmançımız qələbə qazana bilib. Rəqibindən açıq-aşkar üstün olan yüngül çəkidə təmsilçimiz bütün hakimlərin qərarı ilə qalib tərəf elan olunub. 60 kq çəkidə isə  Hasan Arsunkayev ilə Elnur Abdurraimov qarşı qarşıya gəlib. Qonaq komandanın ən təcrübəli boksçularından olan  dünya çempionatının bürünc mükafatçısı Hasan Arsunkayev bütün raundlarda boksçumuzdan üstün olub və ümumi hesabı bərabərləşdirib 1-1.  Daha sonra isə  69 kiloqramda Yevgeni Ramaşkeviç  – Dostonbek Turdiyev münasibətlərə aydınlıq gətirib. Hərəkətliliyi ilə rəqib idmançını artıq 3-cü raunda yoran Ramaşkeviç ağıllı taktika seçərək bu görüşü qələbə ilə başa vurub və “Baku Fires”i 2-1 hesabı ilə önə çıxarıb.  Gecənin 4-cü döyüşü ağır çəkili boksçular arasında keçib. Ötən mövsüm bir qarşılaşmada belə məğlub olmayan Arslanbek Mahmudov Sərdor Abdullayevlə döyüşdə favorit statusunu bir daha sübut edib. O, hakimlərin yekdil qərarı ilə qalib elan olunub və komandamızın qələbəsini rəsmləşdirib. Gecənin son döyüşü 81 kq çəkidə Mixail Dolqolivets – Şuxrat Abdullayev arasında təşkil olunub.  Dolqolivetsin rəqibi 26 yaşlı Şuxrat Abdullayev 2011-ci ildə Asiya çempionatında 1-ci yerə layiq görülməklə diqqqətləri öz üzərinə çəkməyi bacarmışdı.  O, uzun illərdir ki, Özbəkistan millisinin heyətinə cəlb edilir. Döyüşə gəlincə isə bokscumuz bu görüşdən məğlub ayrılıb. Buna baxmayaraq 3:2 hesabı ilə qələbə qazanan “Baku Fires” 6-cı mövsümdə birinci qələbəsini qazanıb.
Oyundan sonra CBC Sport-a açıqlama verən “Baku Fires”in baş məşqçisi Nuripaşa Talibov qarşılaşmanın çətin keçdiyini deyib: “Nəticədən razıyam. Güclü komanda ilə qarşılaşmadan qələbə ilə ayrıldıq. Özbəkistanda yaxşı boks ənənələri var. Bu gün yetirmələrimdən parlaq boks görə bilmədim. Nəzərə almaq lazımdır ki, mövsüm yeni başlayıb və bu bizim ilk ev oyunumuz idi. “

 
"Baku Fires" - "Uzbek Tigers" – 3:2

52 kq. Məhəmməd İbiyev - Abrorjon Kadırov - 2:1 (48:47, 48:47, 47:48).
60 kq. Hasan Arsunkayev - Elnur Abdurraimov - DSQ R-4 2:36
69 kq. Yevgeni Ramaşkeviç - Dostonbek Turdiyev - 3:0 (49:46, 49:46, 49:46).
81 kq. Mixail Dolqolivets - Şuxrat Abdullayev - 1:2 (47:48, 47:48, 48:47).
+91 kq. Arslanbek Mahmudov - Sərdor Abdullayev - 3:0 (50:45, 48:47, 50:45).
 

Qeyd edək ki, "Baku Fires" ilk görüşdə səfərdə "Astana Arlans"a 1:4 hesabi ilə uduzub. 


Digər xəbərlər

Xəbər xətti