Bakı Olimpiya Stadionunda toy mərasimləri keçiriləcək

16:55 6 Fevral 2016

Bakı Olimpiya Stadionunda (BOS) toy şənlikləri də keçiriləcək. 
Sportarena.az xəbər verir ki, bu barədə Stadionun rəsmi saytında elan yerləşdirilib: “Bakı Olimpiya Stadionunda toy etməklə siz bu mühüm hadisəyə yaradıcı yanaşma etmiş olacaqsınız. Ərazinin əzəməti peşəkarlara burada unudulmaz və original mühit qurmağa kömək edəcək.

Siz burada kiçik banketlərdən böyük toy mərasimlərinə qədər tədbirlər keçirə bilərsiniz. Dəbdəbəli interyer, unikal atmosfer, yüksək səviyyəli tədbirlərin təcrübəsi sizə unudulmaz və əvəzolunmaz mərasim yaşadacaq. Əlavə məlumatlar üçün tədbirlər üzrə komandamız ilə əlaqə saxlayın”, - deyə saytda elan yazılıb.

Qeyd edək ki, 68 min oturacaq yeri olan bu stadionda martın 19-da ilk toy mərasimi keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti