Fariz Məmmədov: "15 illik dünya çempionu həsrətini hər gün yaşayırdım"

23:33 6 Fevral 2016

WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionu kəmərlərinə sahib olan Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov Uqanda təmsilçisi Badru Lusambia ilə döyüşdən sonra təəssüratlarını bölüşüb.

Sportarena.az-ın "Qəbələ"nin saytına istinadən yaydığı xəbərə görə,  çempionluq kəməri qazandığı rinqdə çıxış edən boksçumuz tribunalara toplaşan azarkeşlərə və ona dəstək olanlara təşəkkürlərini çatdırıb:

 “15 ildir dünya çempionu olmaq arzusundaydım. Buna nail oldum. Qazandığım uğurda çox insanın zəhməti var. 6 aydır birlikdə çalışdığım məşqçi heyətinə, Ukraynadan, Rusiyadan mənə dəstək olmağa gələnlərə, bütün komandamıza, sizlərə təşəkkür edirəm. Bu, 15 illik dünya çempionu həsrətini hər gün yaşayırdım. Bu arzuma çatmağımda “Qəbələ” İdman Klubunun rolu oldu. Klubuma təşəkkür edirəm. Söz verirəm ki, “Qəbələ” klubuna olan sevgimi bütün varlığımla qoruyacağam”.


Digər xəbərlər

Xəbər xətti