Hakimlərimizə UEFA-dan təyinat

17:15 8 Fevral 2016

FİFA referisi Rəhim Həsənov və FİFA referi köməkçisi Namiq Hüseynov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinə təyinat alıb.

Sportarena.az xəbər verir ki, hakimlərimiz martın 23-dən 30-dək Hollandiyada keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər. 

Bu qrupda Hollandiya, Polşa, Ukrayna və Şimali İrlandiya yığmaları mübarizə aparacaq.

affa.az


Xəbər xətti