Qadın güləşçilərimiz Avropa çempionatı uçun Ukraniyada toplaşdı

17:37 8 Fevral 2016

8-13 mart 2016-cı il tarixdə Latviyanın Riqa şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.  

Sportarena.az xəbər verir ki, çempionata hazırlaşan qadın güləşi üzrə yığma komandamızın üzvləri Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında hazırlıqları davam etdirir. Yığmamızın üzvləri ilə yanaşı, Ukrayna, Macarıstan, Braziliya və Böyük Britaniya güləşçiləri də təlim-məşq toplantısında iştirak edir. 

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Kiyevə yollanan yığmanın heyətində Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq) və Yuliya Ratkeviç (58 kq) yer alıb. 

Fevralın 1-dən başlayan təlim-məşq toplanışı ayın 11-də başa çatacaq. Daha sonra yığma komandanın üzvlərinin 13-14 fevral 2016-cı il tarixdə Kiyevdə keçiriləcək beynəlxalq turnirdə iştirakı planlaşdırılıb. 


Digər xəbərlər

Xəbər xətti