Şahmatçılarımız “Moskva Open-2016” beynəlxalq festivalında üçüncü yeri tutublar

23:31 8 Fevral 2016

Azərbaycan şahmatçıları “Moskva Open 2016” beynəlxalq festivalında uğurla çıxış ediblər.

Yarışda 33 ölkədən mindən artıq şahmatçı qələbə uğrunda mübarizə aparıb. Ölkəmizi festivalın müxtəlif turnirlərində 20 şahmatçı təmsil edib.

Festival çərçivəsində “A” qrupunda iştirak edən təmsilçilərimizdən Ülvi Bacarani, Günay Məmmədzadə, Məhəmməd Muradlı və Andrey Mustafin aktivlərinə 5 xal yazmağa müvəffəq olublar. Vüqar Əsədli, Aqil Pirverdiyev və Kənan Qarayev isə hərəyə 4,5 xal toplayıblar. Əhməd Əhmədzadə 4, Fərid Aslanov, Aydın Süleymanlı 3,5 xal, Ramil Əlləcov və Vüqar Manafov isə 3 xal toplayıblar.

Turnirin qalibi adını 9 oyundan 7,5 xal toplayan Rusiya təmsilçisi Yuriy Teliseev qazanıb.

“B” turnirində mübarizə aparan təmsilçimiz Xanım Balacayeva 6,5 xalla 7-11-ci yerləri bölüşdürüb.

“C” turnirində iştirak edən Altay Eynullayev 5,5, Atilla Eynullayev və Fərid Mustafayev 5, Elmar Qasımov 4, Sədaqət Abbasova və Şahin Hacıyev 3,5, Elmar Atakişiyev isə 3 xal toplayıb.

Doqquz yaşadək qızların yarışında mübarizə aparan Səmra Qasımova 7 xalla üçüncü yeri tutub. Aydan Şükürova isə 5 xalla 19-cu pillədə qərarlaşıb. 


Xəbər xətti