Futzal üzrə Avropa çempionatının ilk yarımfinalçıları müəyyənləşdi

10:27 9 Fevral 2016

Serbiyada keçirilən futzal üzrə Avropa çempionatının 1/4 mərhələsinin oyunlarına start verilib.

Sportarena.az xəbər verir ki, ilk oyunda ev sahibi Serbiya millisi ilə Ukraniya üz-üzə gəlib. gərgin keçən matç serblərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci matçında Portuqaliya ilə İspaniya millisi qarşılaşıb. İspaniya millisi bu matçda 6:2 hesabı ilə qalib gələrək Serbiyadan sonra yarımfinala yüksələn ikinci komanda olub.

Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan - Rusiya matçının qalibi yarımfinalda Serbiya yığması ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti