Azərbaycan - Rusiya matçı belçikalı hakimə tapşırıldı

11:30 9 Fevral 2016

Bu gün keçiriləcək futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsində Rusiya ilə qarşılaşacaq millimizin oyununu idarə edəcək hakimlər bəlli olub.

Sportarena.az xəbər verir ki, millimizin oyununu belçikalı hakim Paskal Lemal idarə edəcək. Ona Timo Onatsu, Saşa Tomiç və Tomas Frak kömək edəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.


Xəbər xətti