Tino Perez: "Bu mərhələyə çıxmaq bizə əlavə güc verib"

11:54 9 Fevral 2016

Tino Perez futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Rusiya matçı ilə bağlı UEFA-nın rəsmi saytına açıqlama verib.

Sportarena.az xəbər verir ki, baş məşqçisi sözügedən qarşılaşma ilə bağlı bunları deyib: 

"Qrupdan çıxmaq istəyirdik və bunu da bacardıq. İtaliya - Çexiya matçını həyəcanla izləyirdik. Lakin, italyanların 2-ci qolundan sonra həyəcan öldü. Ümid edirəm ki, bu mərhələyə yüksəlmək bizə əlavə güc və özünə inam verib. Rusiya yığmasını yaxşı tanıyıram. Onlar yaxşı oyun nümayiş etdirir və rəqibə oynamağa da imkan vermir".


Xəbər xətti