Boksçularımız turnirdən 4 medalla qayıtdı

13:37 9 Fevral 2016

Macarıstanın Debretsen şəhərində İstvan Boçkainin şərəfinə həsr olunan 60-cı memorial turniri yekunlaşıb. 
Sportarena.az xəbər verir ki, yarışda iştirak edən boksçularımız yekunda ölkəmizə uğurla qayıdıblar. 
Komandamızın heyətində 56 kq çəki dərəcəsində çıxış edən Tayfur Əliyev bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız finalda böyük britaniyalı Aşfaq Qaisdadı məğlubiyyətə uğradıb. 75 kq-da döyüşən Kamran Şahsuvarlı finalda fransalı Kristian Mbiliyə uduzaraq gümüş medalla kifayətlənib. 64 kq çəkidə mübarizə aparan Lorenso Sotomayor isə finalda qazaxıtanlı Ablayxan Yusupova məğlub olaraq gümüş medal qazanıb. Komandamızın liderlərindən olan Teymur Məmmədov (81 kq) yarımfinalda uduzaraq bürünc medalla vətənə qayıdıb. 
Beləliklə,  Azərbaycan boksçuları yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar.


Digər xəbərlər

Xəbər xətti