AFFA-dan idmançımıza 1 illik cəza

14:48 9 Fevral 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportarena.az xəbər verir ki, iclasda futbolla yanaşı futzal çempionatındakı oyunlarla bağlı cəzalar da açıqlanıb.

5 fevral 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyini “Sədərək” – FHN matçının 7-ci dəqiqəsində “Sədərək” klubunun 99 №-li futbolçusu Əli Abbasov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır. Oyunun 7-ci dəqiqəsində “Sədərək” komandasının 7 №-li futbolçusu Elxan Abbasov aqressiv hərəkət, hakimə qarşı fiziki təsir və qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə görə 1 il müddətinə futbol oyunlarından kənarlaşdırılır. Oyunun 7-ci dəqiqəsində “Sədərək” komandasının 85 №-li futbolçusu Şahin Alırzayev aqressiv hərəkət, hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 5 oyunluq cəzalanır. “Sədərək” klubu oyunu davam etdirməkdən imtina etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.

 

affa.az


Digər xəbərlər

Xəbər xətti