Dünya çempionunun boynu qırıldı - VİDEO

15:10 9 Fevral 2016

Böyük Britaniyanın ən titullu qadın gimnastı Bet Tviddl "The Jump" teleşousunun çəkilişləri zamanı ağır xəsarət alıb. 

Sportarena.az xəbər verir ki, 30 yaşlı idmançı Avstriyada dağ xizəyi yamacından yıxılıb. Buza çırpılan gimnastın bir neçə boyun fəqərəsi və qolu qırılıb.

Qeyd edək ki, gimnast 6 dəfə Avropa, 3 dəfə dünya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarının mükafatçısıdır.


Digər xəbərlər

Xəbər xətti