Yığmamız qələbə qazanıb

21:44 9 Fevral 2016

16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində son oyununu keçirib. Lixtenşteyn yığması ilə qarşılaşan komandamız 2:1 hesabı ilə qələbə qazanıb. Yığmamızın qollarını Rövşanə Sərdarlı və Lamiyə Qurbanova vurub.

Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Avstriya komandasına 0:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada isə Malta yığmasını məğlub etmişdi – 1:0. 


Xəbər xətti