AGF-nin vitse-prezidenti türkiyəli həmkarları ilə görüşüb

01:23 10 Fevral 2016

Azərbaycan Güləş Federasiyası Dünya Güləş Birliyinin (DGB) fəal üzvü kimi həm təşkilat çərçivəsində, həm də ayrılıqda üzv ölkələrin Güləş Federasiyaları ilə əməkdaşlıq edir. Bu günlərdə Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğunun xatirəsinə təşkil olunmuş 44-cü beynəlxalq turnirdə fəxri qonaq qismində iştirak edən Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev bir sıra görüşlər keçirib.

AGF rəsmisi Türkiyə Güləş Federasiyasının prezidenti cənab Musa Aydın, həmçinin İstanbulda səfərdə olan Dünya Güləş Birliyinin prezidenti cənab Nenad Laloviç və DGB İcraiyyə Komitəsinin digər üzvləri ilə dünyada güləşin bugünkü vəziyyəti və gələcək inkişafı barədə fikir mübadiləsi aparıb, ikitərəfli əməkdaşlıqlar, eləcə də AGF və DGB arasında əməkdaşlığın perspektivlərini müzakirə edib.

Səfər çərçivəsində AGF-nin I vitse-prezidenti, DGB İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevi Federasiyanın sərbəst güləş üzrə vitse-prezidenti Maqomed Aliomarov və Baş katib Rəşad Əli-Zadə müşaiyət edib. 


Digər xəbərlər

Xəbər xətti