"Qaradağ-Lökbatan"dan böyükhesablı qələbə

22:48 10 Fevral 2016

“Qaradağ-Lökbatan” futbol komandası təlim-məşq toplanışını davam etdirir.

Sportarena.az xəbər verir ki, Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında təşkil olunan toplantı ikinci dövrəyə hazırlıq məqsədi daşıyır. Futbolçular təlim-məşq toplanışı ilə bərabər, bir neçə yoldaşlıq oyunu da keçirib.

Komanda Lökbatanda növbəti yoxlama oyunu çərçivəsində birinci divizionda mübarizə aparan “Şərurspor”u qəbul edib. “Qaradağ-Lökbatan”ın üstünlüyü ilə keçən qarşılaşmada meydan sahibləri 4:1 hesablı qələbə qazanıblar. Lökbatan təmsilçisinin heyətində Sabir Allahquliyev, Elvin İsmayılov, Əliağa Xudiyev və Rauf Yaqubzadə fərqləniblər.

Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində “Qaradağ-Lökbatan” iki yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Bu qarşılaşmalarda komanda “Bakılı”nı 1:0, Azərbaycanın U-19 millisini isə 2:0 hesabı ilə məğlub etmişdi.


Digər xəbərlər

Xəbər xətti