“Zirvə”çi cüdoçular Azərbaycan birinciliyinin qalibi oldular - VİDEO

11:30 11 Fevral 2016

Fevralın 9-13-də Bakı İdman Sarayında cüdo üzrə yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək. 9-11 fevralda kiçik yaşlı yeniyetmələr (U-15), 12-13 fevralda isə gənclər (U-21) tatami üzərinə çıxacaqlar.
Bu yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də qüvvələrini sınayıblar. Məşqçilər Hətəm və Elməddin Əhmədovların rəhbərliyi altında iki cüdoçu 30 kq çəki dərəcəsində Murad Əliyev və Oruc Hacıyev mübarizəyə qoşulublar.
Final görüşündə Murad Əliyev qalib gələrək qızıl, Oruc Hacıyev isə gümüş medala layiq görülüblər. 

 


Digər xəbərlər

Xəbər xətti