Xames "Real"dan gedir

13:16 11 Fevral 2016

"Real"ın futbolçusu Xames Rodriges komandadan ayrıla bilər.

Sportarena.az xəbər verir ki, klub rəhbərliyi 24 yaşlı futbolçunun oyunundan razı deyil. Bundan əlavə məvacibinin artırılmasını tələb edən yarımmüdafiəçinin bu hərəkəti prezident Florentino Peresin xoşuna gəlməyib.

Qeyd edək ki, bu mövsüm "Real" forması ilə 14 oyuna çıxan Xames 4 qol vurub və 6 məhsuldar ötürmə edib.


Xəbər xətti