"Sanderlend"in futbolçusunun növbəti məhkəməsi keçirilib

16:31 11 Fevral 2016

“Sanderlend”in və İngiltərə millisinin üzvü Adam Yohnsonun növbəti məhkəməsi keçirilib.
Sportarena.az xəbər verir ki, 28 yaşlı futbolçu 16 yaşlı qızla cinsi əlaqədə olduğuna görə ötən ilin mart ayında həbs edilmişdi vəz sonradan zəmanətlə azadlığa buraxılmışdı. İngiltərənin Bradford şəhərində məhkəməyə çıxarılan Yohnson, ona qarşı irəli sürülən dörd ittihamdan ikisini qəbul edib. Futbolçu yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girdiyini və onu cinsi istismara məruz qoyduğunu bildirib. Digər iki itihamı isə rədd edib.

 


Digər xəbərlər

Xəbər xətti