PSJ Neymar üçün "coşdu"

11:16 12 Fevral 2016

Fransanın PSJ klubu Neymar üçün "Barselona"ya inanılmaz məbləğdə təklif etməyə hazırlaşır.

Sportarena.az xəbər verir ki, Fransa mətbuatında yayılan xəbərlərə görə, PSJ-nin prezidenti Nasir Əl-Xəlayfi Neymara illik 40 milyon və kluba futbolçunu sərbəst buraxması üçün 190 milyon avro ödəməyə hazır olduğunu bildirib. Neymar bu təklifə razı olduğu təqdirdə PSJ 500 milyon avroya yaxın bir məbləğ ödəməli olacaq.

Qeyd edək ki, PSJ ilə yanaşı İngiltərə nəhəngləri "Mançester Yunayted" və "Mançester Siti" klubları da Neymara 3 illik müqavilə təklif edib.


Xəbər xətti