Hollandiya - Azərbaycan matçının başlama tarixi bəlli oldu

15:53 12 Fevral 2016

Bu gün Serbiyanın Belqrad şəhərində futzal üzrə DÇ-2016-nın play-off mərhələsinin püşkü atılıb.
 
Sportarena.az xəbər verir ki, Azərbaycan millisi final mərhələsinə vəsiqə qazanmaq uğrunda oyunlarda Hollandiya yığması ilə qarşılaşacaq. 
Yığmamız ilk oyununu martın 22-də səfərdə, cavab oyununu isə aprelin 12-də evdə keçiriləcək.
Qeyd edək ki, dünya çempionatının final mərhələsi bu il sentyabrın 14-dən oktyabrın 2-dək Kolumbiyada təşkil ediləcək və qalib adı uğrunda 24 komanda yarışacaq.
 
Play-off cütlükləri
Sloveniya – İspaniya
Slovakiya – Ukrayna
Polşa – Qazaxıstan
Serbiya - Portuqaliya
Belarus – Rusiya
Hollandiya – Azərbaycan
Macarıstan – İtaliya


Digər xəbərlər

Xəbər xətti