Müsəlmanlardan Ronaldoya sərt reaksiya

17:17 12 Fevral 2016

Fələstinlilərə verdiyi dəstəklə tanınan “Real”ın ulduzu Kristiano Ronaldo arzu olunmaz halla üzləşib.

Sportarena.az xəbər verir ki, buna səbəb onun İsrailə məxsus şirkətin reklamında oynaması olub. Ronaldonun İsrail şirkətinin reklam filmində rol alması böyük reaksiyalara səbəb olub.

Reaksiyaların böyüməsi səbəbindən ulduz futbolçu baş verənlərlə bağlı “Tvitter” hesabından açıqlama verib:

"İsraildə oyunçu olacağıma dair əsassız iddialar var. Mən futbolçuyam, bu yalnız bir reklam", - deyə heyranlarına bildirib.


Xəbər xətti