"Mançester Yunayted"dən də imtina edərəm"

19:28 12 Fevral 2016

"İnter"in hücumçusu Mauro İkardi klubu tərk edəcəyi barədə olan məlumatlara fikrini bildirib.
 

Sportaren.az  xəbər verir ki, argentinalı hücumçu bu barədə  deyib:

"Milanda özümü rahat hiss edirəm. Uzun müddət burda qalmaq istəyirəm. "İnter"lə müqaviləni yeniləmək barədə danışıqlar aparanda çoxsaylı təkliflər almışdım. Amma qərarımı artıq vermişəm. Hətta "Mançester Yunayted"ə keçməkdən belə imtina edərəm. "İnter"in əla layihəsi var. Onun bir hissəsi olmaq istəyirəm. Deyirlər ki, qiymətim 40 milyon avrodur. Amma bunu meydanda sübut etməliyəm".


Digər xəbərlər

Xəbər xətti